Reklam

Reklam

Varlığı mübahisəli olan Nibiru planetinin oktyabrın 15-də dünyaya ən yaxın məsafəyə yaxınlaşacağına dair iddialar irəli sürülüb.

Yenicag.az xəbər verir ki, “Şeytan planeti” kimi tanınan və Marduk adı da verilən bu mifik planetin günəş sistemində səyahət etdiyinə dair uzun illərdir mübahisələr gedir. Qarşıdan gələn bazar günü bu planetin Yerə yaxınlaşacağı və özü ilə fəlakətlər gətirəcəyi bildirilir.

Bu iddianı ABŞ mətbuatı ortaya atıb. Təriqət üzvü David Meade kainatda var olduğu isbatlanmamış Nibiru planetinin bazar günü dünyana ən yaxın məsafədə olacağını açıqlayıb. O, bu yaxınlaşmanın Yerdə zəlzələ, sunami və vulkanik partlamalara səbəb olacağını bəyan edib. Davidin açıqlamalarının ABŞ mediasında yayılması böyük təşvişə səbəb olub.

Amma Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) bu xəbərləri yalanlayıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3378
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."