!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

16 yaşlı futbolçu XXI əsrin rekorduna imza atdı

!Reklam – Yazi

İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal XXI əsrin rekorduna imza atıb.

Yenicag.az xəbər verir ki, yarımmüdafiəçi La Liqanın III turunda “Vilyarreal”la səfər oyununda məhsuldar ötürmə verməklə buna nail olub.

O, 16 yaş 45 günlüyündə komanda yoldaşı Qavinin fərqlənməsinə yaxından kömək edib və matçın ən yaxşısı seçilib. Bununla Yamal XXI əsrdə La Liqada qol ötürməsi verən ən gənc oyunçu adına sahib olub.

Futbolçu 2019-cu ilin sentyabrında, 16 yaş 318 günündə “Valensiya” ilə matçda eyni uğura imza atan komanda yoldaşı Ansu Fatinin rekordunu yeniləyib.

Qeyd edək ki, oyun “Barselona”nın 4:3 hesablı səfər qələbəsi ilə yekunlaşıb.

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv