!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

16 yaşlı qızı zorlayanlardan biri həbs olundu

!Reklam – Yazi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 16 yaşlı qızın yeddi nəfər tərəfindən zorlanması barədə yayılan məsələyə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, qurumun mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məlumat komitəyə daxil olan kimi müvafiq dövlət qurumları ilə əlaqə saxlanılıb:

“Dərhal araşdırmaya başlanılıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları psixoloqla birlikdə yeniyetmə qız və anası ilə görüş keçirəcəklər”.

O qeyd edib ki, hadisə ilə bağlı cinayət işi başlanılıb:

“Artıq bir nəfər həbs olunub və zəruri istintaq araşdırmaları davam etdirilir”.

Qeyd edək ki, 2004-cü il təvəllüdlü Bibiqulu Xosrov oğlu Abbasov qızın 15 yaşı olan zaman onunla tanış olub və zorlayıb. Daha sonra dostları ilə birlikdə qızı hər şeyi atasına deməklə şantaj edib və davamlı zorlayıblar.

Artıq Sumqayıt şəhərində azyaşlıya qarşı edilən qanunsuz əməllə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 152.1. (On dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb. Hadisədə iştirak edən şəxslər müəyyən olunaraq istintaqa cəlb ediliblər. Hazırda istintaq hərəkətləri davam etdirilir.

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv