!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

16 yaşlı qızın toyu oldu - Polis də iştirak edib / Araşdırma başlanıldı

!Reklam – Yazi

Ucarda yetkinlik yaşına çatmayan qızın toyu olub. Toy məclisi Qaracallı kəndində dekabrın 17-də baş tutub.

Yenicag.az xəbər verir ki, toy məclisinin görüntüləri sosial şəbəkələrdə yayılıb.

İddia edilir ki, məclisdə Elçin Neymanov adlı polis əməkdaşı da mülki geyimdə iştirak edib.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, həmin toy məclisində iştirak edən Ucar Rayon Polis Şöbəsinin əməkdaşı E.Neymanov barəsində də xidməti yoxlamalar aparılır:

“Azyaşlının erkən nikaha daxil olması ilə bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

www.yenicag.az

245
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv