!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

160 saylı Klassik Gimnaziyada Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirildi - FOTOLAR

!Reklam – Yazi

Bakı şəhəri 160 nömrəli klassik gimnaziyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, gimnaziyanın 7b sinfinin rəhbəri Leyli Əfəndiyevanın təşkilatçılığı və şagirdlərin iştirakı ilə akt zalında keçirilən tədbirdə direktor Ələkbərova Faina və müəllim kollektivi iştirak edib.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib, haqqında video-çarxlar nümayiş olunub.

Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsində əvəzsiz rolundan, Azərbaycanın dünyada aparıcı ölkəyə çevrilməsi istiqamətində fəaliyyətindən danışıblar.

Məktəblilər Ulu Öndərə həsr olunan şeirlər səsləndirib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

www.yenicag.az

721
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv