!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

161 nömrəli orta məktəbdə "Canlı kitab sərgisi" tədbiri keçirildi - FOTO/VİDEO

!Reklam – Yazi

Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə 23 aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları gününə həsr olunmuş “canlı kitab sərgisi” adlı tədbir keçirildi.

Yenicag.az xəbər verir ki, tədbirdə 161 nömrəli tam orta məktəbin direktoru Rəna Hüseynova məktəbin müəllim-şagird heyəti iştirak edib.

Sözügedən məktəbin şagirdləri rəqs edib, şeirlər söyləyib, gənc muğam ifacıları tərəfindən bir birindən gözəl musiqilər səsləndirilib.

Daha sonra məktəbin şagirdləri tərəfindən hazırlanan müxtəlif əl işləri sərgilənib,şagirdlər Hüseyn Cavidin “İblis”, Elxan Elatlının “Qazinin ölümü”, xarici müəlliflərdən “Harry Potter”, “Karib Dənizinin Quldurları”, “Joker” kimi bir sıra hekayə və obrazlarını canlandıraraq maraqlı səhnəciklər göstəriblər.

Məktəbin direktoru Rəna Hüseynova tədbirin keçirilməsi ilə bağlı təbrik nitqi ilə çıxış edib.
Tədbirin təşkilatçısı orta məktəbin kimya müəlliməsi Təranə Əmiraslanlı da öz növbəsində tədbirin keçirilməsində ona dəstək göstərən şagirdlərə və müəllim kollektivinə öz minnətdarlığını bildirib.

Tədbirin sonunda məktəb direktoru fəal iştirak edən şagirdlərə təşəkkürnamələr təqdim edib.

İsmayıl Bakuvi

Samir Məcidov

www.yenicag.az

447
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv