Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

17 min 480 nəfərin öldüyü MƏRMƏRƏ ZƏLZƏLƏSİ: Hər şey 45 saniyədə alt-üst ola bilərmiş - VİDEO

Bu gün Türkiyənin Mərmərə bölgəsində baş verən 7,4 bal gücündə zəlzələnin üzərindən 22 il keçir.

Yenicag.az xatırladır ki, Türkiyədə 17 avqust 1999-cu ildə yerli saatla gecə 03:02-də mərkəzi Kocaeli olan 7,4 bal gücündə zəlzələ baş verib.

45 saniyə davam edən zəlzələ 5 bölgədə – Kocaeli, Sakarya, İstanbul, Düzcə və Yalovada dağıntılara yol açıb.

Türkiyə Böyük Millət Məclisində (TBMM) qurulan araşdırma komissiyasının 2010-cu ildə yayımlanmış hesabatına görə, zəlzələ nəticəsində 17 min 480 nəfər həyatını itirib, 43 min 953 nəfər yaralanıb, təxminən 200 min nəfər evsiz qalıb.

Zəlzələdə 66 min 441 bina, 10 min 901 iş yeri dağılıb. Mərmərə zəlzələsindən təqribən 16 milyona yaxın insan təsirlənib, 285 min 211 binaya və 42 min 902 iş yerinə ciddi ziyan dəyib.

Daha ətraflı TRT-nin hazırladığı sənədli filmdə:

www.yenicag.az

182
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100