!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

17 yaşda ər evinə göndərilən QIZLAR: Günahkar valideyndir, yoxsa...? - AÇIQLAMA

!Reklam – Yazi

“Ümumiyyətlə, övlad böyüdən valideyn onun üzərində hər haqqının olduğunu zənn edir. Fikirləşir ki, mən nə istəsəm, odur. Övladın da hüquqları olduğunu nəzərə almır”.

Bu sözləri Yenicag.az-a 17 yaşda nikaha daxil olma məsələsini şərh edən psixoloq Gülər Məmmədova deyib.

 

O bildirib ki, valideynlərin böyütmə tərzindən asılı olaraq uşaqların baxış bucağı dəyişir:

“Əgər o ailədə elmlə məşğul olmaq tələb olunmursa, yalnız işləmək, məişət problemlərinə baş vurmaq istənilirsə, inkişafdan və parlaq gələcəkdən söz gedə bilməz. Çünki artıq tərbiyə və kök düzgün qurulmur. Bu aspektdən də həmin qızlarda elmə yox, digər həyati əyləncələrə maraq oyanır. Sosial şəbəkələrə həvəs, yeni ger-geyimlər, kənara xoş görünmək çabaları və s. kimi situasiyalar yaranmağa başlayır.

Həmçinin yeniyetməlik dövrü cinsi inkişafın ən pik həddi sayılır. O yaşdakı gənclər çətinlik çəkirlər. Onlar özləri də dərk etmir ki, daxildə gedən proseslər nədir. 13-14 yaşda hormonlar inkişaf etdikcə, insanın zehnində də özünə məxsus maraqlar oyanır. Bu maraq özündən yaşca çox böyük birinə qarşı da oyana bilər. Bundan əlavə, həmin dövrdə insan elmdən uzaqlaşır, ərə getmək həvəsi yaranır. Ailə də deyir ki, qızım ailə qurmaq, ana olmaq istəyir. Bu, böyük təhlükədir.

Uşaq yaşında qıza gəlinlik geyindirirlər, o həyata hazırlayırlar. Sonra da gənc yaşda ana olur. Elə bilirsiniz ki, bu, yaxşıdır? Orqanizm o qədər gənc yaşda ana olmağa tab gətirmir. Bu problemlərin hamısı qarşılıqlı baş verir. Ot kökü üstə bitər. Uşağın marağı hansı sahədə inkişaf edirsə, evdə hansı mövzularda danışılırsa, uşaq da o istiqamətdə böyüyür. Təbii ki, fərqli düşünən ailələr də var. Sağlam şəxsiyyət kimi yetişmək istəyən fərdlər də az deyil”.

Şahanə Paşa

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv