!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

17 yaşında Azərbaycan Premyer Liqasında qol vurdu

!Reklam – Yazi

“Səbail”in yarımmüdafiəçisi Ədilxan Qarəhmədov cari mövsüm Azərbaycan Premyer Liqasında qol vuran ən gənc futbolçu olub.

Yenicag.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XXIV turda “Neftçi” ilə matçda (2:2) fərqlənən oyunçu 17 yaş 313 günlüyündə qol sevinci yaşayıb. 2001-ci il iyunun 5-də anadan olan gənc oyunçu mövsümün rekordunu 2 il 79 gün yeniləyib. Bu matçadək rekord 20 yaş 27 günlüyündə qol vuran Anton Krivotsyuka məxsus idi. “Neftçi”nin futbolçusu “Keşlə” ilə 2018-ci il sentyabrın 16-da keçirilmiş görüşündə rəqib qapısına yol tapıb.

Flaqmanla qarşılaşma “Səbail” üçün yubileylərlə də əlamətdar olub. Öz meydanında heç-heçə edən Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv Premyer Liqada 10-cu dəfə bərabərliyə imza atıb. Yubiley heç-heçəsi 52-ci qarşılaşmada qeydə alınıb. Bu, paytaxt təmsilçisinin öz meydanında 5-ci “sülh”ü olub. Doğma divarlar arasında 26-cı matçını keçirən komanda həm də evdə 15-ci qolunu vurub. Yubiley qoluna Ağabala Ramazanov imza atıb.

Premyer Liqanın XXIV turu iki futbolçunun Azərbaycan çempionatlarında yubiley qolu ilə yadda qalıb. Hər iki oyunçu “Səbail” – “Neftçi” qarşılaşmasında fərqlənib. İlk topun müəllifi Mirabdulla Abbasov özünün Premyer Liqada 20-ci qoluna imza atıb. Abbasov bu rəqəmə 79-cu matçda çatıb. Hücumçu qollarından 12-nə (52 oyun) indiki komandasında imza atıb. Oyunun gedişində meydan sahiblərini önə çıxaran Ağabala Ramazanov da 20-ci qolunu vurub. O, 139-cu matçında buna nail olub. Forvard indiki klubunda keçirdiyi 20-ci oyunda 5-ci qola imza atıb.

www.yenicag.az

4498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv