!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

17 yaşlı qız ərə verilib? - AÇIQLAMA

!Reklam – Yazi

“Sabirabad rayonunda 17 yaşlı qızın ərə verilməsi faktı ilə bağlı Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub”.

Bu barədə Oxu.Az-a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov deyib.

O bildirib ki, polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıb və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb:

“Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Valideynləri isə yalnız nişan mərasiminin keçirildiyini, övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər”.

***

Sabirabad rayon Qarağac kəndinin icra nümayəndəliyi rayonda erkən nikah faktının aşkarlanması ilə bağlı məsələyə aydınlıq gətirib.

Məsələ ilə bağlı unikal.az-a Qarağac kəndinin icra nümayəndəsi Zaur Dəmirov danışıb:

“Biz həmin ailədə olduq. Ərə verilən qız 2005-ci il təvəllüdlüdür. Onun 17 yaşı tamam olub. Ailəsinin razılığı ilə ailə həyatı qurmasına icazə verilib. Oktyabr ayının 13-də bizim kənddə qız toyu olub. Oğlan toyu isə Şirvan şəhərində baş tutub”.

***

Sabirabad rayonunda erkən nikah faktı aşkarlanıb.

APA xəbər verir ki, Sabirabad rayonunun Qarağac kənd sakini, 16 yaşlı Məmmədova Aysel Hüseynağa qızı Zal Qarağac kənd sakini Cavadov Allahverdi Əvəzağa oğluna ərə verilib.

Toy şənliyi oktyabrın 22-də Şirvan şəhərindəki şadlıq sarayında baş tutub.

www.yenicag.az

286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv