!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

18 ay əsirlikdə qalan Qarabağ qazisi: “Buna görə gözümü çıxartdılar” - VİDEOMÜSAHİBƏ

!Reklam – Yazi

Tanınmış jurnalist Sara Safuranın təqdimatında Yenicag.az-ın “Zəfər yolu” adlı layihəsinin növbəti buraxılışı Vətən müharibəsi qazisi Cavid Hüseynə həsr olunub. O hər iki Qarabağ savaşında könüllü iştirak edib.

18 ay erməni əsirliyində qalan qəhrəmanımız döyüş yolundan danışıb. Bildirib ki, 1994-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə əsir düşüb:

“Mən 1994-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə əsir düşmüşəm. Həmin gün bizi Ağdamda saxladılar, orada bizi öldürmək istəyirdilər. Sonradan onlara məlumat gəldi ki, bizi dəyişəcəklər. Bizi əvvəlcə Xankəndiyə aparıb döydülər, daha sonra Şuşa həbsxanasına apardılar. Mənə sual verdilər ki, Qarabağ bizimdir, yoxsa sizin? Mən cavab verdim ki, Qarabağ bizimdir. Məni dubinka ilə elə döydülər ki, gözüm çıxdı. Biz Şuşa həbsxanasında olanda uşaq bağçalarından uşaqları gətirib bizi onlara göstərib dedilər ki, bunlar türkdür, bizim düşmənlərimizdir, onlara yaxın getməyin, yoxsa sizi öldürərlər. Onlar uşaqları faşist kimi böyüdürdülər. Bizi müxtəlif alətlərlə döyürdülər”.

Daha ətraflı videonu təqdim edirik:

Cəvahir
Cavid

www.yenicag.az

1490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv