18 deputat istefa verdi

İran Parlamentinin İsfahan vilayətindən olan deputatları kütləvi şəkildə istefa veriblər. Onların istefa məktubu bu gün Parlamentin Rəyasət Heyətinə təqdim olunub.

Yenicag.az-ın məlumatına görə, deputat Əkbər Türki bildirib ki, parlamentarilər İsfahan vilayətinin su təchizatı ilə bağlı layihələrin gələn ilin büdcəsindən çıxarılmasına etiraz olaraq bu addımı atıblar:

“Deputatlar istefanın qanuni mərhələlərinin keçməsini gözləyirlər”.

Qeyd edək ki, İsfahan vilayəti İran Parlamentində 18 deputatla təmsil olunur./Trend/

COP29