!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“18 min də getdi, Mübariz Mənsimovun verdiyi vədlər də…” – Şərqiyyə Məmmədova

!Reklam – Yazi

“Mən düz 4 il Mübariz Mənsimovdan kömək istədim. Amma heç nə etmədi”.

Bu sözləri İstanbuldakı H. Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədova “Xaricdə yaşayıb təhsil almaq imkanından məhrum olan Azərbaycanlı məktəblilərin təhsilə cəlb edilməsi” mövzusunda keçirilən konfransda Mübariz Mənsimovla bağlı danışarkən deyib.

O bildirib ki, M. Mənsimov özündən başqa xeyriyyəçinin olmasını qəbul edə bilmir:

Bizim şagirdləri aparıb-gətirmək üçün avtobus lazım idi. Mübariz Mənsimovun yanına getdiyimdə mənimlə şəkil çəkdirib paylaşdı, xoş sözlər yazıldı. Amma nə qədər gözlədimsə də, heç nə etmədi. Hətta mənimlə çalışan müəllimləri də öz tərəfinə çəkməyə çalışdı. Onlara məndən daha çox maaş verəcəyi barədə vəd verdi. Müəllimlərimin 4-ü getdi.”

Daha sonra isə Ş. Məmmədova Yenicag.az-ın suallarını cavablandırarkən digər nüanslara da toxunub:

“Mənə dedi bir cədvəl yaz ver, bilim ki, nələr lazımdır. Mən də nə lazımdırsa, yazdım verdim. Bunun üstündən bir müddət keçdi. Bir gün bizi iftar süfrəsinə dəvət etdi.

İnsan nə qədər vicdansız olar ki, bir qadını dəfələrlə öz ayağına çağırar.

İki yeri birdən təmir edirdim. M. Mənsimov da mənə dedi ki, hər şey hazırdır. Mən də 18.000 manat ödədiyim köhnə partaları həyətə atdım. Daha sonra parta da getdi, Mübariz bəyin vədləri də…”.

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv