!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"18 yaşına çatanlar uşaq evindən kənarlaşdırılmamalıdır" - AÇIQLAMA

!Reklam – Yazi

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin qəbul etdiyi Uşaq Hüquqları haqqında Konvensiyanın Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilməsinin 30 ili tamam olur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə 2022-ci il 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilib.

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlama verib.

O, qeyd edib ki, “Uşaq Hüquqları Aylığı” təşəbbüsü təqdirəlayiq haldır:

“Əslində, ilin bir ayı deyil, bütün ayı uşaqların problemlərinin həllinə və hüquqlarının müdafiəsinə yönəlməlidir. Əgər bir cəmiyyətdə uşaqlar hüquqları pozularaq yaşayırsa, o cəmiyyətin gələcəyi yoxdur. Bu gün onların hüquqlarını qorumağı özümüzə öyrətməsək, onlar da sabah özlərindən kiçikləri müdafiə etməyəcəklər. Ona görə də uşaqların təhlükəsiz mühitdə olduqlarını hiss etdirməliyik. Azərbaycanda uşaq hüquqları qorunur. Müəyyən çərçivədə uşaqların təhsil haqqı tanınır və təhlükəsizliyi təmin olunur. Çünki erkən ərə verilən, təhsil hüququndan məhrum edilən uşaqlar da var. Bu, danılmaz faktdır.

Digər dünya ölkələrinə nisbətən ölkəmizdə uşaq hüquqlarının birmənalı olaraq müdafiə edilmədiyini və hüquqlarının qorunmadığını deyə bilmərik. Dövlətimiz uşaqların inkişafı üçün olduqca ciddi işlər həyata keçirir. Lakin yenə də nəzarətdən kənarda qalan məsələlər var. Bu gün sığınacaqlarda, körpələr və uşaq evlərində olduqca çox uşaq yaşayır. Onların gələcək həyatının təhlükəsiz olması üçün dövlət daha çox tədbir görməlidir. Belə ki, 18 yaşına çatan uşaqlar uşaq evindən kənarlaşdırılmamalıdır. Onlara gələcək qurmaq üçün dövlət səviyyəsində daha çox işlər həyata keçirilməlidir. Düzdür, dövlət uşaq evində böyüyən uşaqların evlə təmin edilməsində müəyyən addımlar artır. Lakin bu addım yetərsizdir. Həmin uşaqlara müəyyən məbləğdə maddi dəstək də olmaq lazımdır. Ümumilikdə, elə bir cəmiyyət qurmalıyıq ki, uşaqların müdafiəyə ehtiyacı olmasın. Onlar özlərinin təhlükədə olduqlarını hiss etməməlidirlər”.

Gülşən Şərif

www.yenicag.az

386
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv