!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

180 milyonluq PLAN: Bu ölkə Rusiyanın pullarını Ukraynaya xərcləyəcək

!Reklam – Yazi

Rusiyanın xaricdə yerləşdirdiyi aktivlərdən Ukraynaya yardım məqsədi ilə istifadə olunur.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Belçika Rusiyanın bu ölkədə yerləşdirdiyi və artıq dondurulan 180 milyon avro dəyərində aktivlərdən əldə olunan gəlirləri Ukraynaya sərf edəcək.

Məlumata görə, hökumətin bu niyyəti haqqında Belçikanın Baş naziri Aleksandr de Kro danışıb.

Qeyd olunur ki, Belçika nəzərdə tutduğu məbləğdən Ukraynaya hərbi yardıma və qaçqınlara dəstək üçün yönəldəcək.

Baş nazir bildirib ki, Rusiyanın Ukraynaya hərbi təcavüzə başlamasından sonra bu ölkənin Mərkəzi Bankının Belçikaya yerləşdirilmiş aktivlərindən 180 milyon avronu dondurub.

ABŞ-nin maliyyə naziri Janet Yellen də ötən ay bildirmişdi ki, Rusiyanın xarici ölkələrdə dondurulmuş aktivlərinin Ukraynaya verilməsinin mexanizmləri müzakirə olunur.

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv