!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

20 milyonluq istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirildi - NƏTİCƏ

!Reklam – Yazi

19 iyul 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105020942 ISIN-li, 20 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Yenicag.az-a bildirilib ki, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 95.4086 (7 %) və 99.1530 (4.9500%) olan 23 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.2230 (5.4498%), orta ölçülmüş qiyməti isə 98.7944(5.1420%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 78 milyon 843 min 600 manat, yerləşdirilmiş həcmi isə 20 milyon manat təşkil edib.

Hərrac iştirakçıları 20 iyul 2022-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 16 iyul 2024-cü ildir.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

www.yenicag.az

444
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv