!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

20 Yanvar faciəsi kinomuzda əksini tapıb? – “Buna görə razılıq vermədilər” - Firuz Mustafa

!Reklam – Yazi

“20 Yanvar faciəsi böyük miqyası olan bir mövzu idi, kinoda yer almalıydı…”

Bunu tanınmış yazıçı və dramaturq Firuz Mustafa Yenicag.az-a açıqlamasında deyib.

Yazıçı Azərbaycan tarixin qanlı və şanlı səhifəsi kimi yaddaşımıza yazılan bu 20 Yanvar faciəsinin hələ də kinomuzda layiqincə əks olunmadığını bildirib. O, bunun səbəblərini də izah edib:

“Mənim özümün də 20 Yanvarla bağlı gündəliklərim var. İllər öncə 20 Yanvar faciəsinin ekranlaşdırılması ilə bağlı bir neçə rejissorla söhbətim də olub. Amma o zaman SSRİ-nin tərkbində idik və məlum səbəblərdən bu filmlər çəkilmədi. 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Hər kəs bilir ki, bu hadisə rusların sifarişi ilə törədilən faciə idi. İndi də həmin baxış bucağı olduğu kimi qalıb.

Hansı ki, bu faciəvi mənada böyük miqyası olan bir mövzu idi ki, kinoda yer almalıydı. Əlbəttə, ədəbiyyatda bu mövzu müəyyən mənada öz əksini tapdı. Çox sayda əsərlər yazıldı. O hadisələr canlı olaraq də lentə alınmışdı. Materiallar var idi və bu materiallar əsasında dünyanı silkələyən möhtəşəm bir film ortaya qoymaq olardı. Hansı ki, istər mövzu, istərsə də məzmununa görə Amerika və Avropada çəkilən və bütün dünyada məşhur olacaq filmləri kölgədə qoya bilərdi. Lazım olsa, kənardan da rejissor və operatorlar da dəvət etmək olardı. Bu, dünya təcrübəsində də var. Bu, sırf bizim milli faciəmizdir, kinoda öz əksini tapa bilərdi”.

Cəvahir

www.yenicag.az

343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv