!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

20 Yanvar - Tariximizin hüzn, yoxsa qürur günü?: “Ad və ya təqdimat o hadisənin mahiyyətini dəyişmir” – Keçmiş nazir

!Reklam – Yazi

“Bir hadisə zamanı o qədər soydaşımız şəhid olubsa, əslində buna faciə kimi yanaşmalıyıq”.

Bu fikirləri sabah 33-cü ildönümü qeyd olunacaq 1990-cı il 20 Yanvar hadisələrinin artıq hüzn deyil, qürur günü kimi qeyd olunması haqda fikirlərə münasibət bildirən sabiq təhsil naziri Firudin Cəlilov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, həmin gün Sovet ordusunun şəhərə yeridilməsi nəticəsində çox sayda soydaşımız şəhid olubsa, buna faciə kimi yanaşılmalıdır:

“Mənə belə gəlir ki, 20 Yanvar olaylarının otuz ildən çoxdur, ümumxalq hüzn günü olaraq qeyd edilməsi daha məqbuldur. Ad, ya təqdimat o qanlı hadisənin mahiyyətini dəyişmir.

Bilirsiniz ki, o gecə Sovet ordusunun şəhərə yeridilməsi nəticəsində yüz otuzdan çox şəhid verdik, yüzlərlə insan yaralandı. Yəni bir hadisə zamanı o qədər soydaşımız şəhid olubsa, əslində buna faciə kimi yanaşmalıyıq.

Mən 20 Yanvar hadisələrinin ildönümünü hüzn mərasiminə çevirməyin əleyhinə olanları da başa düşürəm. Ancaq heç bir əsaslandırma məlum olayların faciəvi xarakterini başqa bir şeylə əvəzləmir”.

A.Zeynalov

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv