2019-cu il dövlət büdcəsi qəbul edildi

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Yenicag.az-ın məlumatına görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, 2019-cu il dövlət büdcəsi Azərbaycan dövlətinin maraqlarına tam cavab verir:

“Dövlət büdcəsi iqtisadi islahatların həyata keçirilməsinə və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına imkan verəcək”.

Dövlət büdcəsi səsə qoyularaq qəbul edilib.

COP29