2019-cu il üçün FIFA referilərinin adları açıqlandı – SİYAHI

Azərbaycanın 2019-cu il üçün FIFA referilərinin siyahısı açıqlanıb.

Yenicag.az AFFA-nın saytına istinadən xəbər verir ki, ölkəni beynəlxalq futbol oyunlarında təmsil edəcək baş hakimlərin siyahısında dəyişiklik edilib. Səhhətində problem yaranan Ömər Paşayevi Rauf Cabbarov əvəzləyib.

Bundan başqa Elçin Səmədli futzal üzrə FIFA referiləri siyahısınndan çıxarılıb. Səbəb Səmədlinin yaş limitinin dolmasıdır. Nəticədə say 3-ə enib.

Referilər: Əliyar Ağayev, Rəhim Həsənov, Rauf Cabarov

Referi köməkçiləri: Yaşar Abbasov, Namik Hüseynov, Akif Əmirəli, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov

Futzal: Yusif Nurullayev, Ramil Namazov, Hikmət Qafarlı

Çimərlik futbolu: İnqilab Məmmədov, Əli Cəbrayılov, Sədaqət Vəliyeva

Qadın referilər: Yuliya Qurbanova, Səbayel Kuzutürk

Qadın referi köməkçiləri: Gülyana Özcan, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə, Gülnurə Əkbərzadə.