!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2020-ci ildə tenderlərlə xərclənən dövlət vəsaitinin məbləği açıqlandı

!Reklam – Yazi
2020-ci il ərzində həyata keçirilmiş dövlət satınalmaları haqqında hesabat açıqlanıb.
Yenicag.az xəbər verir ki, ötən il dövlət vəsaitləri hesabına 6 milyard 567 milyon 210 min manat məbləğində 9 203 satınalma proseduru keçirilib. 2019-cu illə müqayisədə dövlət satınalmalarının ümumi məbləği 847 190,7 min manat və ya 14,8% artmış, satınalma prosedurlarının sayı isə 2254 vahid və ya 19,7% azalıb.
2019-cu illə müqayisədə müsabiqə (açıq tender, təkliflər sorğusu, kotirovka sorğusu) əsasında həyata keçirilmiş satınalmaların həcmi ümumilikdə 831 534,8 min manat və ya 31,2%, o cümlədən təkliflər sorğusu üzrə 864 527,2 min manat və ya 2,3 dəfə artmış, kotirovkalar sorğusu üzrə 29 401,2 min manat və ya 20,9%, açıq tender üzrə 3 591,3 min manat və ya 0,2% azalıb.
2020-ci ildə müsabiqə əsasında keçirilmiş satınalmalar zamanı ehtimal olunan qiymətlə (3 805 954,33 min manat) müqayisədə 305 478,26 min manat və ya 8,03% dövlət vəsaitinə qənaət edilib ki, bu da ötən illə müqayisədə 34 742,5 min manat və ya 12,8% çoxdur.
 
Elektron tenderlərin sayı azalıb
Satınalan təşkilatlardan daxil olan yekun protokollara əsasən hesabat dövründə qanunvericiliklə müəyyən edilmiş ayrı-ayrı satınalma metodları üzrə il ərzində satınalma prosedurlarının sayı və həcmi aşağıdakı kimi olub:
– 2414 açıq tender proseduru ilə 2 152 874,8 min manat məbləğində, o cümlədən elektron satınalma vasitəsi ilə həyata keçirilmiş 2321 açıq tender proseduru ilə 930 012,2 min manat məbləğində satınalma keçirilib. 2019-cu illə müqayisədə bu üsulla həyata keçirilmiş satınalmaların sayı 503 tender və ya 17,2%, ümumi satınalmaların həcmi isə 3 591,3 min manat və ya 0,2% azalıb;
– 201 təkliflər sorğusu proseduru ilə 1 236 064,1 min manat məbləğində və ya ümumi dövlət satınalmalarının 18,8%-ni təşkil edən satınalmalar həyata keçirilib. 2019-cu illə müqayisədə bu üsulla həyata keçirilmiş satınalma prosedurlarının sayı 217 satınalma və ya 51,9% azalmış, satınalmaların həcmi isə 864 527,2 min manat və ya 2,3 dəfə artıb;
– 5 161 kotirovka sorğusu proseduru ilə 111 537,1 min manat məbləğində satınalmalar həyata keçirilib. 2019-cu illə müqayisədə bu üsulla həyata keçirilmiş satınalmaların sayı 1162 satınalma və ya 18,4%, satınalmaların həcmi isə 29 401,2 min manat və ya 8,8% azalıb.
 
Tenderlərdən 501 şikayət olub
Hesabat dövründə dövlət müəssisə və təşkilatları tərəfindən keçirilən satınalmaların təşkilinə dair hüquqi və fiziki şəxslərdən 501 şikayət daxil olub. Şikayətlərdə qаldırılаn məsələlər “Dövlət sаtınаlmаlаrı hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnununa uyğun аrаşdırılmış, müsаbiqələrin оbyеktiv şərаitdə аpаrılmаsı, iddiaçılara qarşı ədalətli münasibət göstərilməsi və ayrı-seçkiliyə yol verilməməsi məqsədilə satınalan təşkilatlara tövsiyələr verilmiş, şikayətlərin araşdırılmasının nəticələrinə dair dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin müddəaları müvafiq malgöndərənlərə (podratçılara) izah edilib.
“Dövlət satınalmaları haqqında” Аzərbаycаn Rеspublikаsı Qаnununun tələblərinin sahibkarlara izah edilməsi və onların satınalma prosedurlarında iştiraka cəlb olunması, mütəxəssislərinin dövlət satınalmaları sahəsində ixtisas səviyyələrinin artırılması, dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərin geniş təbliği, satınalma sənədlərinin tərtibatında yaranan çətinliklərin aradan qaldırılması məqsədilə konsaltinq şirkətləri, sahibkar birlikləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə video-formatda bir neçə görüş keçirilib.
Orxan Əhmədli

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv