2020-nin ilk körpəsi bu rayonda dünyaya gəlib

2020-ci ildə Elektron Səhiyyə sistemində ilk doğulan körpə kimi qeydiyyata düşən uşaq, 4 nömrəli doğum evində qeydə alınıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, saat 00:48-də Ucar rayon Qazıqumlaq kənd sakini Qarayeva Rəşidə qız uşağı dünyaya gətirib.

Körpənin çəkisi 2,7 kq, boyu 50 sm-dir.