!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

2021-ci ildə şou-biznesin ƏN SƏS-KÜYLÜ TOYLARI – SİYAHI / FOTOLAR

!Reklam – Yazi

2021-ci ilin bitməsinə sayılı günlər qalıb. Geridə qoyduğumuz il sənət aləmində toylarla da yada qaldı. 

Yenicag.az 2021-ci ildə ailəsində toy çalınan sənət adamlarının siyahısını təqdim edir:

Əməkdar artist Bəsti Sevdiyeva oğlu Ayxanı evləndirib. Toy Moskvada baş tutub.

Tanınmış reper Fərid Eminovla (Qurd) Leyla Məmmədovanın toyu olub.

Gənc Tamaşaçılar Teatrının aktrisası Asiya Atakişiyeva Akademik Musiqili Teatrda çalışan həmkarı Əmrah Dadaşovla ailə həyatı qurub.

Xalq artisti Zümrüd Məmmədova pandemiya ilə bağlı qadağadan sonra ilk toy edənlərdən olub. Z.Məmmədovanın kürəkəni Elvin Abdullayev də rejissor kimi fəaliyyət göstərir.

Xalq artisti İlqar Muradov oğlu Əvəzə toy edib.

Akademik Milli Dram Teatrın aktrisası, Əməkdar artist Sevinc Əliyeva oğluna toy edib.

“Faytonçu” ləqəbi ilə tanınan müğənni Nazim oğlu Kamilə toy edib.

Rövşən İsaxın rejissorluğu ilə çəkilən “Yuxu kimi” serialında Fəxri obrazı ilə məşhurlaşan gənc aktyor Murad Rüzgar subaylığın daşını atıb.

ATV-nin aparıcısı Fərid Rəsulun toyu olub. Toy Neftçalada baş tutub.

“Yuxu kimi” serialında Nigar obrazını canlandıran aktrisa Cəmilə Muradovanın toyu olub. O, əcnəbi vətəndaşla ailə qurub.

Müğənni Sevda Yəhyayeva ixtisasca həkim olan Zakir Bayramovla ailə həyatı qurub.

Əməkdar artist Vəfa Zeynalovanın qızı Səbinənin toyu olub. Səbinə Kamran adlı şəxslə nikah masasına oturub.

Əməkdar artist Çingiz Əhmədov bu gün oğlu aktyor İbrahim Çingizə toy edib. İbrahim aktrisa Aydan Axundzadə ilə nikah masasına əyləşib.

Cəvahir

www.yenicag.az

747
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv