!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2022-ci ildə fəsillərin Azərbaycana daxilolma VAXTLARI

!Reklam – Yazi

2022-ci ildə fəsillərin ölkəmizə daxilolma vaxtı açıqlanıb.

Bu barədə Yenicag.az-a AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Yaz fəsli – Yaz gecə-gündüz bərabərliyi – 20 mart saat 19:33. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

Yay fəsli – Yay Günəş duruşu – 21 iyun saat 13:13. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlüyə (73⁰.1) çatır. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san olacaq.

Payız fəsli – Payız gecə-gündüz bərabərliyi – 23 sentyabr saat 05:03. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır.

Qış fəsli – Qış Günəş duruşu – 22 dekabr saat 01:48. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq.

4 iyul saat 11:10-da Yer Günəşə ən uzaq – 152 098 455 km. məsafədən (afeli), 4 yanvar saat 10:52-də isə Günəşə ən yaxın – 147 105 052 km. məsafədən (periheli) keçəcək.

www.yenicag.az

520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv