!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“2022-ci ili 3,5-4 milyon manat mənfəətlə bitirəcəyik”

!Reklam – Yazi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 2022-ci ili 3,5-4 milyon manat mənfəətlə bitirəcək.

Yenicag.az xəbər verir ki, bunu şirkətin İdarə Heyətinin sədri Əfqan Cəlilov bildirib.

Onun sözlərinə görə, son 6 ildə belə bir göstərici qeydə alınmayıb: “Əgər son 3 ili təhlil etsək, görərik ki, “Azərpoçt” 2020-ci ili xeyli zərərlə başa vurub. 2021-ci ildən başlatdığımız islahatlar nəticəsində, zamanımızın az olmasına baxmayaraq, zərərin həcmini xeyli aşağı sala bildik. Həmin vaxtdan başlanan və bu il də davam etdirilən tədbirlər nəticəsində biz 2022-ci ili mənfəətlə bitirəcəyik. Hələ ilin son ayı bitmədiyi üçün konkret rəqəmləri demək mümkün deyil. Amma mən maliyyə uçotumuza əsaslanaraq təxmin edilən göstəriciləri deyə bilərəm.

Beynəlxalq maliyyə hesabatlılığı standartlarına görə maliyyə qurumları müəyyən ehtiyatlar da yaratmalıdırlar. Bu gün bu ehtiyatların üzərində hesablamalar aparırıq və bunu xarici auditorla razılaşdırmaq istəyirik. Təxminən, növbəti ilin mart ayında auditin aparılması və may-iyun aylarında onun dərc edilməsi gözlənilir. Amma biz daxildə bir komanda yaratmışıq. Onlar kənar auditor gəlmədən faktiki olaraq bizim hesabatları beynəlxalq standartlara uyğun hazırlayır. Bundan irəli gələrək deyə bilərəm ki, biz bu ili təxminən 3,5-4 milyon manat mənfəətlə bitirəcəyik. Siz əgər “Azərpoçt”un son 5-6 ildəki hesabatlarına baxsanız görərsiniz ki, belə göstərici heç vaxt olmayıb. Burada söhbət yalnız zərərdən çıxamaqdan getmir, eyni zamanda gəlirin də hansı mənbələrdən formalaşmasından gedir”, – deyə o qeyd edib.

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv