!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2023-cü ildə dünyanın ən varlı insanları onlar SEÇİLDİ

!Reklam – Yazi

Dünyanın ən zəngin insanları 2023-cü ildə sərvətlərini 1,5 trilyon dollar artırıblar.

Yenicag.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

500 ən varlı milyarderdən texnoloji şirkət sahibləri sərvətlərini ən çox artıranlar sayılır. Tənəzzül qorxularına, davamlı inflyasiyaya, yüksək faiz dərəcələrinə və geosiyasi təlatümlərə baxmayaraq, onlar 658 milyard dollar daha sərvətlərinin üstünə sərvət gəliblər (illiklə müqayisədə 48 faiz artım).

“Bloomberg Milyarderlər İndeksi” amerikalı sahibkar İlon Maskı fransız maqnatı və LVMH rəhbəri Bernard Arnonu geridə qoyaraq, reytinqdə birinci yeri tutaraq ən varlı adam elan edib. İl ərzində o, Tesla və SpaceX-in uğurları sayəsində 95,4 milyard dollar qazanıb (Mask keçən il 138 milyard dollar itirmişdi).

2023-cü ildə Amazon-un qurucusu Ceff Bezosun sərvəti 70 milyard dollar artıb, Meta CEO-nun sahibi Mark Zukerberq isə 80 milyard dollar qazanıb.

www.yenicag.az

127
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv