!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2023-cü ildə elm aləmini həyəcanlandıran 6 hadisə - SİYAHI

!Reklam – Yazi

2023-cü ildə həyata keçirilən elmi araşdırmalar tarixin bir sıra qaranlıq məqamlarına işıq tutub.

Yenicag.az xəbər verir ki CNN bu il elm aləmi tərəfindən həyəcanla qarşılanan 6 hadisə barədə yazıb.

Onları təqdim edirik:

1. Tunc dövründə matriarxal dönəm

2008-ci ildə İspaniyada tapılan Tunc dövründən qalma məzarın bu il kişi hökmdara deyil, qadına aid olduğu üzə çıxarılıb. Bu da eramızdan əvvəl 2900-2650-ci illərdə Avropada qadınların lider pozisiyasına gəldiyini sübut edir.

2. Antik Roma mərmərlərinin dayanıqlılığının sirri

Antik Romada istifadə edilən mərmərlərin dayanıqlılığını təmin edən şeyin “kirəc parçası” adlandırılan ağ maddə olduğu aşkar edilib.

3. Buz insan Ötzinin əsl görünüşü

1991-ci ildə Avstriya-İtaliya sərhədindəki Ötztal Alplarında tapılan buz insan Ötzinin xarici görkəmi ilə bağlı yanlışlıq aradan qaldırılıb. Belə ki, saç və saqqalı olan solğun sifətli biri kimi təsvir edilən Ötzinin, əslində, qoyu rəngli və keçəl olduğu sübut edilib.

4. 20 min illik boyunbağı

Sibirdə Daş dövründən qalma boyunbağında insan DNT-si tapılıb. Boyunbağının maral dişindən hazırlandığı da təsbit edilib.

5. Antik dönəmdən qalma perqament 

İki min il öncə Vezuvi vulkanının partlaması nəticəsində Herkulaneumdakı mindən çox perqament külə dönmüşdü. ABŞ-li bir tələbə isə süni intellekt istifadə edərək perqament qalıntılarındakı sözlərdən birini oxuya bilib. O, “bənövşəyi” mənasındakı “porphyras” sözünü oxuyub.

6. Mumya resepti

Elm adamları antik misirlilərin ölüləri mumyalamaq üçün hansı maddələrdən istifadə etdiklərini gün üzünə çıxarıb.

Aydın olub ki, misirlilər ardıc, sərv və sədr ağaclarının yağlarından, həmçinin fıstıq, heyvani yağlardan və arı mumundan istifadə ediblər.

www.yenicag.az

3132
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv