!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

2023-cü ildə kariyerasını başa vuran ULDUZ FUTBOLÇULAR - SİYAHI

!Reklam – Yazi
2022-2023 mövsümünün bitməsi ilə bir çox ulduz futbolçu kariyerasını başa vurduğunu açıqlayıb.
Yenicag.az bu il kariyerasına son verən məşhur futbolçuların siyahısını təqdim edir:
1. Zlatan İbrahimoviç – Qeyri-adi qolları və bənzərsiz xarakteri ilə futbol tarixinin unudulmaz simasına çevrilən Zlatan İbrahimoviç karyerasını Milanda başa vurub. İsveç əfsanəsi “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, “PSJ”, “Mançester Yunayted” kimi Avropanın nəhəng klublarında çıxış edib və bir çox kuboklara yiyələnib.
2. Emmanuel Adebayor – “Arsenal”, “Mançester Siti” və “Tottenhem” forması ilə Premyer Liqada bir çox matça çıxıb. O, həmçinin Türkiyənin “Başakşehir” və “Kayserispor” komandalarında da çıxış edib.
3. “Tottenhem”də parlayan Qaret Beyl “Real Madrid”dəki uğurları ilə adını futbol tarixinə yazmağı bacarıb. Uelsli oyunçu son olaraq “MLS”-də “Los Angeles” FK-da oynadıqdan sonra futbolu buraxmaq qərarına gəlib.
4. Türkiyə futbolunun əfsanəvi adlarından olan Burak Yılmaz bu həftə keçirdiyi mətbuat konfransında futbolu tərk etdiyini açıqlayıb. Türkiyə millisinin əsas futbolçularından hesab edilən “Kral” ləqəbli hücumçu ölkəsinin “Beşiktaş”, “Fənərbaxça”, “Qalatasaray” və “Trabzonspor”, Fransanın “Lill”, Niderlandın “Fortuna Sittard” və Çinin “Beijing Gouan” klublarında çıxış edib.
5. Fernando Llorente – İspaniya Milli Komandası ilə Dünya Kuboku və Avropa Çempionatının sevincini yaşayıb. O, “Yuventus”, “Tottenhem”, “Napoli”, “Seviliya” kimi komandalarda oynayıb.
6. Məsut Özil – Türk əsilli futbolçu “Real Madrid”, “Arsenal” və Almaniya Milli Komandasında göstərdiyi performansı ilə dünyanın ən yaxşı futbolçuları arasında yer alıb. O, həmçinin Türkiyənin “Fənərbaxça” və “Başakşehir” komandalarının da şərəfini qoruyub.
7. Xoakin Sançes – İspaniya futbolunun əfsanəvi adlarından biri olan və “Real Betis”in heyətində yer alan Sançes 41 yaşında futbolla vidalaşıb.
8. Joao Miranda – Braziliya yığmasının sabiq müdafiəçisi Miranda “Atletiko Madrid” forması ilə qazandığı uğurlarla İspaniya komandasının əfsanələrindən birinə çevrilib. Müdafiəçi kariyerasını Braziliyanın “San Paulo” klubunda başa vurub.
Sadiq Cavadov

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv