!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2024-cü il “Dəvəkimilər İli” elan edildi

!Reklam – Yazi

Birləşmiş Millətlər Təşkilatı 2024-cü ili “Dəvəkimilər İli” elan edib.

Yenicag.az BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) saytına istinadla xəbər verir ki, bu ilin qeyd olunması dəvələrin 90-dan çox ölkədə milyonlarla ev təsərrüfatının dolanışığının təmin edilməsindəki əsas rolunu vurğulayacaq.

Alpaqalardan ikihürgüclü və təkhürgüclü dəvələrə, quanakolara, lamalara və vikuniyalara qədər müxtəlif dəvə növlərini əhatə edən dəvəkimilər qida təhlükəsizliyini, qidalanmanı və iqtisadi artımı təşviq edir və dünyadakı çoxsaylı icmalar üçün böyük mədəni əhəmiyyətə malikdir.

Azərbaycanda qədim zamanlardan əhali dəvəçiliklə məşğul olub. Hazırda ölkənin bir neçə rayonunda dəvəçilik təsərrüfatları mövcuddur.

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv