!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2024-cü ilin büdcə gəlir və xərcləri: "Növbəti ildə əməkhaqları arta bilər"

!Reklam – Yazi

“Büdcədə neftin qiyməti 60 dollardan hesablanıb ki, bu da kifayət qədər konservativdir”.

Bu sözləri 2024-cü ilin dövlət büdcəsinə münasibət bidirən iqtisadçı-ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, gələn ilki büdcədə bu illə müqayisədə o qədər də fərq görünmür:

“2024-cü ilin dövlət büdcəsinə diqqət yetirdikdə bu ilki büdcədən çox olmadığının şahidi oluruq. Həm gəlir, həm də xərc hissəsində proqnozlaşdırılan azalma var. Amma nəzərə alsaq ki, iyun ayında dəqiqləşdirildi, gəlir və xərclərdə 3 milyon manat artım müşahidə olundu. Bu rəqəmlər 2022-ci illə müqayisə edildikdə büdcə göstəriciləri çox aşağı idi. Sonradan burada dəqiqləşdirilmə aparıldı.

Hazırda deyə bilərik ki, bu, bir büdcə layihəsidir və parlamentdə müzakirələrdən, eləcə də 2024-cü ildə dəqiqləşdirmələrdən sonra qəbul ediləcək.

Büdcədə hansı parametrlər diqqəti cəlb edir sualına cavab olaraq deyə bilərik ki, neftin qiyməti 60 dollardan hesablanıb, bu da kifayət qədər konservativdir. Manatın məzənnəsi 1.70 olaraq götürülüb. Buradan belə görünür ki, gələn il də Mərkəzi Bank öz siyasətini davam etdirəcək. Eyni zamanda büdcənin 62,2 faizi cari xərcləri nəzərdə tutur. 5,4 faiz borcların qaytarılmasına, yerdə qalan 67,6 faiz isə investisiya xərclərinə yönləndiriləcək.

Xərclər üzrə strukturlara baxsaq, əməkhaqqı fondunun 8,6 milyard manatdan 9 milyard manata qədər artıralacağı gözlənilir. Bu da onu deməyə imkan verir ki, növbəti ildə büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqının artımına güman etmək olar.

Bununla yanaşı pensiyaların da indeksasiyası davam edəcək və büdcədə bunun maliyyələşməsi üçün resurslar nəzərdə tutulub. Lakin öncədən qeyd etdiyim kimi, bu ilin büdcəsiylə çox yaxındır, ciddi dəyişikliklər nəzərdə tutulmayıb. Büdcənin qeyri-neft sekroruna nisbəti yenə 24 faiz ətrafındadır. Bu da o deməkdir ki, neft fondundan transferlər həyata keçirilməzsə, büdcə cari xərclərini maliyyələşdirə bilməyəcək”.

Yusif Səmədzadə

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv