Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

2030-cu ildə neftin qiyməti 70 dollar olacaq

2040-cı ilədək neftin bir barrelinin qiyməti 60 dollardan yuxarı səviyyədə qalacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (“Gas Exporting Countries Forum” – GECF) hesabatında deyilir. Bildirilir ki, 2022-ci ilə qədər neftin qiyməti ucuzlaşaraq 61 dollar/barrel olacaq. Bu tarixdən sonra isə “qara qızıl”ın qiyməti bahalaşmağa başlayacaq. 2030-cu ildə neftin qiyməti bir barrel üçün 70 dollara çatacaq və ən azı 2040-cı ilə qədər bu səviyyədə qalacaq.

Xatırladaq ki, Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 2015-ci ildə keçirilmiş XVII iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. GECF 2001-ci ildə Tehranda yaradılıb, 2008-ci ildə isə Moskvada hüquqi olaraq təsis edilib. Təşkilatın mənzil-qərargahı 2009-cu ildən Qətərin paytaxtı Dohada yerləşir.

Forumun 12 əsas – Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ və 7 müşahidəçi – Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru üzvü var. GECF-ə üzv ölkələrdə dünyanın qaz ehtiyatlarının 70 faizi, boru kəmərləri ilə ticarətin 35 faizi, maye qaz (LNG) istehsalının isə 85 faizi cəmləşir.

www.yenicag.az

1089