!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2050-ci il pandemiyası: 1,3 milyard insan təhlükə altındadır

!Reklam – Yazi

ABŞ-də aparılan araşdırmaya görə, 2050-ci ilə qədər dünyada şəkərli diabetlə yaşayan yetkinlərin sayı iki dəfə artacaq və 1,3 milyard insan diabetdən əziyyət çəkəcək.

Yenicag.az xəbər verir ki, hesablamalar, diabet xəstələrinin sayının 2021-ci ildə göstərilən say – 529 milyondan 2050-ci ildə 1,3 milyardı keçəcəyini proqnozlaşdırır.

Mütəxəssislər bu məlumatları narahatedici kimi qiymətləndirərək, diabetin dünyada əksər xəstəlikləri üstələdiyini, insanlar və səhiyyə sistemləri üçün ciddi təhlükə yaratdığını bildiriblər.

Hər yeddi və ya səkkiz nəfərdən biri şəkərli diabetdən əziyyət çəkir. BMT-nin hesablamalarına görə, 2050-ci ilə qədər dünya əhalisi təxminən 9,8 milyard olacaq.

“Şəkərli diabet hallarının əksəriyyətini təşkil edən 2-ci tip diabet, xəstəliyin erkən mərhələsində diaqnoz qoyulub idarə olunarsa, böyük ölçüdə qarşısını almaq olar. Bəzi hallarda potensial olaraq geri qaytarıla bilər. Bununla belə, bütün tədqiqatlar diabetin yayılmasının artdığını göstərir”, –  araşdırma müəllifləri deyirlər.

Nəsimi Ələsgərli

www.yenicag.az

396
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv