!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

21 ildən sonra yenidən TBMM-də: “Daha yüksək nəticə gözlədiyimizə baxmayaraq...” – Azərbaycanlı namizəd

!Reklam – Yazi

“Cənab Ərdoğanın ikinci turda rekord fərqlə qalib gələcəyinə şübhə etmirik”.

Bu fikirləri Türkiyədə mayın 14-də keçirilmiş parlament seçkilərində hakim “Cümhur” ittifaqına daxil olan Yenidən Rifah Partiyasından (YRP) millət vəkilliyinə namizəd olmuş Azərbaycan əsilli Vəfa Aktuz Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dünən keçirilmiş seçkilər Türkiyənin ən yeni tarixinin çox
mühüm səhifəsidir:

“Öncə onu bildirim ki, mənsub olduğum Yenidən Rifah Partiyası seçkilərdə beş millət vəkili yeri qazanaraq iyirmi bir ildən sonra yenidən Böyük Millət Məclisində təmsilçilik hüququ əldə etdi. Bununla da Milli Görüş iradəsi iyirmi bir il sonra özünü parlaq şəkildə bir daha göstərdi.

Açığı, seçicilər Yenidən Rifah Partiyasını bəzən Səadət Partiyası ilə qarışdırırdı. Lakin məlumdur ki, Səadət Partiyası parlament seçkilərinə CHP-nin siyahısı ilə qatılaraq, Milli Görüşü deyil, “milli görünüş”ü ifadə etdi.

Əslində, daha yüksək nəticə gözlədiyimizə baxmayaraq, partiyamızın cəmi dörd il əvvəl qurulduğunu nəzərə alsaq, beş millət vəkili yerinin qazanılması da ciddi uğurdur. Bu nəticə bizə gələcək seçkilər üçün əsaslı ümidlər verir.

Bildiyiniz qədər, İstanbulun Anadolu hissəsi kifayət qədər dindar və mühafizəkar ovqatlı seçicilərdən ibarətdir. Ona görə də həmin ərazidə üç millət vəkili yeri qazanacağımızı hesablamışdıq. Ancaq oradan bir millət vəkili çıxara bildik. Hesab edirəm ki, vurğuladığım seçicilərin mərhum Nəcməddin Ərbakana vəfa borcunu xatırlamaları gərəkir.

Digər tərəfdən, təəssüf ki, prezident seçkilərində “Cümhur” ittifaqının lideri, hörmətli Rəcəb Tayyib Ərdoğanın qələbəsi birinci turda gerçəkləşmədi. Bununla belə, cənab Ərdoğanın ikinci turda rekord fərqlə qalib gələcəyinə şübhə etmirik.

Azərbaycan kökənli bir namizəd olaraq, mənim də Türkiyəyə, türk millətinə ayrıca bir vəfa borcum var. İkinci Qarabağ savaşında Türkiyənin Azərbaycanın yanında olduğunu heç vaxt unuda bilmərik. Bu seçkilərdə seçilə bilməsəm də, millət vəkilinin köməkçisi qismində Məclisə girə bildiyimi şükranlıqla vurğulayıram”.

A.Zeynalov

www.yenicag.az

774
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv