!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

21 yaşlı model sevgilisi ilə birlikdə avtomobildə yanaraq öldü – Qəzada qızıl saat DETALIFOTOLAR

!Reklam – Yazi

21 yaşlı ukraynalı model Anna Kraevskaya və onun DJ sevgilisi Hysni Qestaj İtaliyada 200 km/saat sürətlə hərəkət edən “Ferrari” avtomobilinin baryerlərə çırpılması nəticəsində yanaraq ölüblər.

Yenicag.az xəbər verir ki, qəzada avtomobil tamamilə yanıb və cütlüyün cəsədləri yanmış halda tapılıb. Cəsədlərin kimliyi onların taxdıqları müxtəlif qızıl saatlarla müəyyən edilib.
İtaliyada avtomobillərin sıx olduğu magistralda qəza baş verib. Saatda 200 kilometr sürətlə hərəkət edən 100 min funt sterlinqlik super avtomobil naməlum səbəbdən sürücüsünün idarəetməsindən çıxaraq baryerlərə çırpılıb.

Zərbənin təsirindən lüks avtomobil ikiyə bölünərək yanmağa başlayıb. “Ferrari GTC4”ün yüksək səviyyəli mühərrikinin yalnız arxa hissəsi salamat qalıb.

Hadisə yerinə yol polisi, təcili tibbi yardım və yanğınsöndürənlər gəlsə də, heç nə edə bilməyiblər. Avtomobildə yanaraq ölən iki nəfərin kimliyi dostlarının ifadələri və qollarındakı qızıl saatlarla müəyyən edilib.
İsveçrənin Villeneuve şəhərində yaşayan 40 yaşlı DJ-in anaları ilə birlikdə Kosovoda yaşayan 11 və 14 yaşlı iki övladı var.

Yenicag.az

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv