!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2100-cü ilə qədər buzlaqların yarısı yox olacaq - ARAŞDIRMA

!Reklam – Yazi

Bəşəriyyət Paris İqlim Sazişində göstərilən məqsədlərə əməl etsə belə, 2100-cü ilə qədər planetin buzlaqlarının yarısı əriyəcək.

Yenicag.az “Science” jurnalındakı araşdırmaya istinadən xəbər verir ki, buzlaqların əriməsinin miqyası və yaradacağı fəlakətlərin nəticələri düşünüldüyündən daha böyük olacaq.
Proqnozlaşdırılan buz təbəqəsi itkisinin yarısı yaxın 30 ildə baş verəcək.

Araşdırmaçılar 1,5°C istiləşmə ssenarisi altında buzlaqların 49 faizinin yox olacağını aşkar ediblər. Jurnalda qlobal istiləşmənin 2,7°C-yə qədər davam edəcəyi təqdirdə buzlaqların 68 faizinin əriyəcəyi bildirilib və bu hal dəniz səviyyəsinin təxminən 115 mm qalxmasına səbəb olacaq.

Bu ssenari baş verərsə, gələn əsrin sonuna qədər Mərkəzi Avropada, Qərbi Kanadada və ABŞ-də demək olar ki, heç bir buzlaq qalmayacaq.

Buzlaqların əriməsi dəniz səviyyəsinin qalxmasına təsir göstərəcək. 2 milyarda qədər insanın su təchizatı təhlükə altında qalacaq. Daşqın riski artacaq.

Temperaturun yüksəlməsi 1,5°C istiləşmə ilə məhdudlaşarsa, 2100-cü ilə qədər dəniz səviyyəsi 90 mm yüksələcək.

www.yenicag.az

288
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv