!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

22 gün öncə zəlzələ barədə xəbərdarlıq edilibmiş: “Qəhrəmanmaraş xəttindən ehtiyatlı olun” - VİDEO

!Reklam – Yazi

“Çəlikhan-Qəhrəmanmaraş əsas xətti üzərində böyük zəlzələ gözləndiyini vurğulamışdıq və bu gözlənti hələ də davam edir”.

Yenicag.az Türkiyə mətbuatın aistinadən xəbər verir ki, bu barədə geologiya üzrə mühəndis Burhan Daşın yanvarın 15-də Elazığda baş verən zəlzələdən sonra xəbərdarlıq edərkən detib.

Türkiyə zəlzələ zonasıdır və davamlı olaraq zəlzələlər baş verir. Daha əvvəl Çəlikhan-Qəhrəmanmaraş əsas xətti üzərində böyük zəlzələ gözləndiyini vurğulamışdıq və bu gözlənti hələ də davam edir. Uzun müddətdir qırılmayan bir xətt var. Zəlzələlər davam edəcək, əsas odur ki, bu halla necə yaşayacağımızı, nə edəcəyimizi öyrənməliyik, – deyə Burhan Daş bildirib.

Qeyd edək ki, avstraliyalı astronom, “zəlzələ kahini” kimi tanınan Frenk Hugerbits fevralın 3-də sosial mediada etdiyi paylaşımda Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 maqnitudalı zəlzələ olacağı barədə xəbərdarlıq edib.

www.yenicag.az

334
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv