Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 23-24 iyul 2020-ci il tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.
Mərkəzdən Yenicag.az-a verilən məlumata görə, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.
Bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək.
Qeyd edək ki, 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər üçün “İmtahana buraxılış vərəqəsi” qoyulsa da, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq onlar iyul ayında keçirilən buraxılış imtahanlarında iştirak etməyə bilərlər. Həmin şagirdlər buraxılış imtahanını sentyabr ayında verə bilərlər.
“İmtahana buraxılış vərəqəsi” gün ərzində DİM-in saytında yerləşdiriləcək.
23-24 iyul 2020-ci il tarixlərində:
• 11-ci sinif üzrə buraxılış imtahanları;
• Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanları;
• Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif (cari və əvvəlki illər) məzunları və kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;
• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək.
Tarix/İmtahan* | 23.07.2020 | 24.07.2020 |
11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı |
Nizami (Bakı) Nəsimi (Bakı) Sumqayıt (II hissə) |
Sabunçu (Bakı) Səbail (Bakı) Abşeron (II hissə) |
Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı | Binəqədi (Bakı)
Suraxanı (Bakı) Qaradağ (Bakı) Gəncə (Kəpəz) Cəlilabad Bərdə Xaçmaz Lənkəran Yevlax |
Səbail (Bakı)
Yasamal (Bakı) Xəzər (Bakı) Pirallahı (Bakı) Gəncə (Nizami) Masallı Şəki Siyəzən |
Azərbaycan dili (dövlət dili) imtahanı – Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün |
Binəqədi (Bakı)
Suraxanı (Bakı) Gəncə (Kəpəz) Yevlax Lənkəran Bakı (xüsusi məktəblər)* |
Yasamal (Bakı)
Xəzər (Bakı) Gəncə (Nizami) |
Azərbaycan dili (dövlət dili) imtahanı – Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif əvvəlki illərin məzunları üçün |
Nizami (Bakı)
Nəsimi (Bakı) Nərimanov (Bakı) Sabunçu (Bakı) Xətai (Bakı) Sumqayıt Bərdə Xaçmaz Cəlilabad Lənkəran Yevlax |
Abşeron
Masallı Şəki Siyəzən |
9 illik təhsil bazasında kolleclərə sənəd vermiş
cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanı |
Binəqədi
Suraxanı Gəncə (Kəpəz) Cəlilabad Lənkəran Yevlax Bakı (xüsusi məktəblər)* |
Yasamal (Bakı)
Xəzər (Bakı) Gəncə (Nizami) Masallı |
Azərbaycan dili (dövlət dili) imtahanı – 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş cari və əvvəlki illərin məzunları üçün |
Nizami (Bakı) Nəsimi (Bakı) Bakı (xüsusi məktəblər)* |
Sabunçu (Bakı) Səbail (Bakı) |