Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

23 və 24 iyulda keçiriləcək buraxılış imtahanlarının QRAFİKİ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 23-24 iyul 2020-ci il tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.

Mərkəzdən Yenicag.az-a verilən məlumata görə, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.

Bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək.

Qeyd edək ki, 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər üçün “İmtahana buraxılış vərəqəsi” qoyulsa da, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq onlar iyul ayında keçirilən buraxılış imtahanlarında iştirak etməyə bilərlər. Həmin şagirdlər buraxılış imtahanını sentyabr ayında verə bilərlər.

“İmtahana buraxılış vərəqəsi” gün ərzində DİM-in saytında yerləşdiriləcək.

23-24 iyul 2020-ci il tarixlərində:

• 11-ci sinif üzrə buraxılış imtahanları;

• Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanları;

• Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif (cari və əvvəlki illər) məzunları və kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;

• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək.

Tarix/İmtahan* 23.07.2020 24.07.2020
11-ci sinif cari ilin məzunları üçün
buraxılış imtahanı
Nizami (Bakı)
Nəsimi (Bakı)
Sumqayıt (II hissə)
Sabunçu (Bakı)
Səbail (Bakı)
Abşeron (II hissə)
Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı Binəqədi (Bakı)

Suraxanı (Bakı)

Qaradağ (Bakı)

Gəncə (Kəpəz)

Cəlilabad

Bərdə

Xaçmaz

Lənkəran

Yevlax

Səbail (Bakı)

Yasamal (Bakı)

Xəzər (Bakı)

Pirallahı (Bakı)

Gəncə (Nizami)

Masallı

Şəki

Siyəzən

Azərbaycan dili (dövlət dili) imtahanı
– Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün
Binəqədi (Bakı)

Suraxanı (Bakı)

Gəncə (Kəpəz)

Yevlax

Lənkəran

Bakı (xüsusi məktəblər)*

Yasamal (Bakı)

Xəzər (Bakı)

Gəncə (Nizami)
Masallı

Azərbaycan dili (dövlət dili) imtahanı
– Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif əvvəlki illərin məzunları üçün
Nizami (Bakı)

Nəsimi (Bakı)

Nərimanov (Bakı)

Sabunçu (Bakı)

Xətai (Bakı)

Sumqayıt

Bərdə

Xaçmaz

Cəlilabad

Lənkəran

Yevlax

Abşeron

Masallı

Şəki

Siyəzən

9 illik təhsil bazasında kolleclərə sənəd vermiş

cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanı

Binəqədi

Suraxanı

Gəncə (Kəpəz)

Cəlilabad

Lənkəran

Yevlax

Bakı (xüsusi məktəblər)*

Yasamal (Bakı)

Xəzər (Bakı)

Gəncə (Nizami)

Masallı

Azərbaycan dili (dövlət dili) imtahanı
– 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş
cari və əvvəlki illərin məzunları üçün
Nizami (Bakı)
Nəsimi (Bakı)
Bakı (xüsusi məktəblər)*
Sabunçu (Bakı)
Səbail (Bakı)

www.yenicag.az

430