Reklam

Reklam

terrorungulenyuzu“Terrorun Gülən Üzü” kitabını bu linklərdən onlayn sifariş edərək, əldə edə bilərsiniz:

ALO KİTAB

KİTABEVİM.AZ

 

***

Bu gün “Kitabevim.az”-da “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin yenicə işıq üzü görmüş “Terrorun gülən üzü” adlı kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən müəllif kitabı yazmağının səbəbləri, aktuallığı haqqında danışıb:

“Bu kitab Azərbaycanda getdikcə güclənən dini terrorizm dalğası və missioner fəaliyyətlərindən bəhs edir. Kitabda xüsusilə Fətullah Gülən Şəbəkəsi ilə bağlı bu vaxta qədər Azərbaycanda yazılmayan həqiqtlərə işıq salınır”.

Təqdimat Mərasimində Azərbaycanın tanınmış ziyalıları, millət vəkilləri, ictimaiyyət nümayəndələri və media mənsubları geniş iştirak ediblər.

“Terrorun gülən üzü”, A.Ələsgərin 2007-ci ildən günümüzə qədər dini sahədə apardığı araşdırmaların toplusudur. Kitabda regionu və ölkəmizi təhdid edən dini təhlükə ilə bağlı maraqlı məlumatlar yer almaqdadır. Dini missionerlərin ölkəmizə hansı yollarla gəldiyinə, hansı resurslara sahib olduqlarına dair müfəssəl məlumat verilir. Azərbaycanda bu sahədə yazılan ilk və geniş kitab olan “Terrorun gülən üzü” İstanbulda nəşr edilib. Kitabın başqa dillərə tərcüməsi də nəzərdə tutulur.

Fotolar Xeber365.com saytına məxsusdur.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 668
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."