Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

24 yaşlı futbolçu küçənin ortasında öldürüdü - Foto

Reklam: High Technic

Qətərin “Al Qarafa” klubunun futbolçusu Conson Kendrik Kosta qətlə yetirilib.

Yenicag.az xəbər verir ki, Sao Paulonun Pae Kara bölgəsində, küçənin ortasında öldürülən futbolçu bu gün Qətərə getməli idi.

Polisin yaydığı məlumata görə, cinayətkar onun çantasını oğurlamağa çalışıb. Ancaq 24 yaşlı braziliyalının müqavimət göstərməsi, onun ölümü ilə nəticələnib.

Qeyd edək ki, Conson Kendrik Kosta 2012-ci ildən Qətərdə çıxış edirdi.

Yenicag.az

www.yenicag.az

406