!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

24 yaşlı oğlan 13-cü mərtəbədən yıxılaraq öldü

!Reklam – Yazi

Dünən axşam saatlarında Abşeron rayonunda bədbəxt hadisə baş verib.

 

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Masazır qəsəbəsində yerləşən hündürmərtəbəli yaşayış binasından bir nəfər şəxs yıxılaraq ölüb. Hadisə ilə bağlı polis şöbəsinə məlumat daxil olduqdan sonra Abşeron RPŞ əməkdaşları hadisə yerinə cəlb olunublar. Məlum olub ki, həmin şəxs binanın 13-cü mərtəbəsindən yıxılıb.

Vəfat edən şəxsin 1998-ci il təvəllüdlü Məhəmmədəli Əmiraslanov olduğu müəyyən edilib. Hadisə yerinə ekspertlər, polis və prokurorluq əməkdaşları baxış keçirdikdən sonra meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, mərhum bir müddət əvvəl daxili işlər orqanlarında xidmət keçmək üçün sənəd veribmiş.

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv