!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2,5 milyon avro dəyəri olan 80 min şüşə ispan şərabı YERƏ TÖKÜLDÜ - VİDEO

!Reklam – Yazi

İspaniyada naməlum şəxs zavoda daxil olaraq bütün şərab kranlarını açıb və qaçıb.

Yenicag.az xəbər verir ki, hadisə fevralın 18-nə keçən gecə Valyadolid şəhərində Cepa 21 şərab zavodunda baş verib.

Bildirilir ki, naməlum şəxs müəssisəyə daxil olaraq bütün kranları açıb və qaçıb.

Müşahidə kameraları başı örtülü şəxsin obyektə necə girdiyini və “Horcajo” və “Malabrigo” markalarının bahalı şərabının saxlandığı üç çənin kranlarını necə açdığını qeydə alıb.

Ümumilikdə 60 min litrə yaxın içki yerə tökülüb.

Bir şüşə “Horcajo” şərabının qiyməti təxminən 100 dollar, “Malabrigo” isə 40 dollardan bahadır.

Şərab zavodunun sahibi dəyən ziyanı 2,5 milyon avro qiymətləndirib. O əmindir ki, rəqiblər belə qisas alırlar.

Şübhəli polis tərəfindən axtarılır.

Xuraman Etibarlı

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv