!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

250 milyon istifadəçinin özəl məlumatları sızdırılıb - "Microsoft"dan ETİRAF

!Reklam – Yazi

Skype istifadəçilərinin danışıqlarının dinlənməsi məsələsi üzrə baş vermiş qalmaqaldan sonra Microsoft şirkəti 250 milyon istifadəçinin məlumatlarının internetdə ortaya çıxmasına səbəb olmuş daha bir sistem boşluğundan xəbər verib.

Ortaya çıxmış istifadəçi məlumatları şirkət serverləri tərəfindən 14 il ərzində yığılıbmış. Bu barədə Engadget saytı xəbər verib. Şirkətin texniki dəstək xidmətinin məlumatlar bazasındakı boşluğu kompüter təhlükəsizliyi üzrə mütəxəssis aşkar edib. Mütəxəssis qeyd edib ki, internetdə Microsoft-un istifadəçi hesablarının məlumatları oxunula bilən şəkildə ortaya çıxıb. Həmin məlumatlar bazasında IP ünvanlar və elektron poçt ünvanları ilə üst-üstə düşən loginlər də var.

Daha sonra sözügedən məlumat sızıntısını həmçinin İngiltərənin Comparitech adlı tədqiqat şirkəti də təsdiqləyib. Təqdim edilmiş hesabata əsasən şirkətin serverlərində 2005-ci ildən başlayaraq müxtəlif region istifadəçilərinin şirkətin dəstək xidməti ilə olmuş danışıqları var imiş. Sızdırılmış məlumatların hackerlərin əlllərinə keçəcəkləri halında həmin hackerlər özlərini şirkət əməkdaşları qismində təqdim edrək fişinq əməliyyatlar yerinə yetirə bilərlər. Microsoft şirkəti öz növbəsində bu məlumat sızıntısını etiraf edib və qeyd edib ki, məlumat sızıntısına səbəb olmuş problem məlumat bazalarından birinin düzgün ayarlara sahib olmaması nəticəsində yaranıb.

Bununla yanaşı şirkət qeyd edib ki, o, sızdırılmış konfidensial məlumatlardan sui-istifadə hallarını aşkar etməyib və məlumat sızıntına səbəb olmuş sistem boşluğunu aradan qaldırıb. Bundan əlavə olaraq şirkət sızdırılmış məlumatlar bazasında məlumatları əks edilmiş istifadəçilərə bu barədə bildirişlər də göndərməyə başlayıb. Baş vermiş bu son hadisədən sonra Microsoft təhlükəsizliyin təmin olunması üçün nəzərdə tutulmuş daxili qaydalara yenidən nəzər yetirəcəyinə söz verib və texniki dəstək xidmətinin məlumatlar bazasında istifadəçilərin konfidensial məlumatlarının avtomatik silinməsi üzrə xüsusi alətlərdən istifadə edəcəyini açıqlayıb. Həmçinin düzgün olmayan server ayarları halında bu barədə məlumatı şirkət əməkdaşlarına bildirəcək yeni sistemin inteqrasiyası da reallaşdırılacaq.

www.yenicag.az

936
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv