Azərbaycan nefti bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barrelinin qiyməti 0,85 dollar və yaxud 1,13% artıb.

Yenicag.az xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 76,25 dollar/barrelə bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

COP29