26 yanvar mitinqinə niyə icazə verilmədi? – YAP-çı deputatdan AÇIQLAMA

“2 min 800 nəfəri zorla toplayan bir qüvvənin nəyindən ehtiyatlanmalıyıq?”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Şuranın yanvarın 26-na təyin etdiyi mitinqə icazə verilməməsini hakimiyyətin siyasi fəallığın artmasından narahatlığı ilə əlaqələndirilməsinə münasibət bildirən hakim Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Aydın Mirzəzadə deyib.

Aydın Mirzəzadənin sözlərinə görə, 26 yanvar mitimqinə icazə verilməməsi əsaslandırılmış səbəblərlə bağlıdır:
“Bu, çox əcaib bir izahatdır. Çünki Azərbaycan hakimiyyətinin milyonlarla tərəfdarı var, seçkilərdə səslərin mütləq əksəriyyətini qazanır. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti hakimiyyətin apardığı daxili və xarici siyasəti tam dəstəkləyir. 2 min 800 nəfəri zorla toplayan bir qüvvənin nəyindən ehtiyatlanmalıyıq?

İzah edildi ki, 19 yanvar mitinqindən sonra aksiya iştirakçılarının bir qismi kütləvi iğtişaşlara cəhd edib. Yəni mitinq keçirən siyasətçilər öz tərəfdarlarının hərəkətlərinə nəzarət etməlidirlər, buna cavab verməlidirlər.

Hər mitinqdən sonra iştirakçılar şəhərin küçələrinə çıxıb iğtişaş yaratmağa çalışacaqlarsa, şübhəsiz ki, dövlət qabaqlayıcı tədbirlər görməlidir. Bu gün öz tərəfdarlarına belə təsir edə bilməyən bir siyasi qüvvənin ambisiyalarla çıxış etməsi çox qəribə görünür”.

A.Zeynalov

COP29