!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“28 May kimi 18 Oktyabr da qeyri-iş günü elan edilməli idi” – Partiya sədrindən REAKSİYA

!Reklam – Yazi

“Müstəqillik Günü nə qədər əhəmiyyətlidirsə, müstəqilliyin bərpası da o qədər əhəmiyyətli məsələdir”.

Bu fikirləri Milli Məclisdə oktyabrın 15-də qəbul edilən “Müstəqillik günü haqqında” qanunda yer alan bir sıra müddəalara münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

BAP sədrinin sözlərinə görə, vaxtilə müstəqilliyimizin əleyhinə çıxan, bu gün isə hakimiyyətin müxtəlif təbəqələrində təmsil olunan qüvvələr 28 May və 18 Oktyabr kimi tarixi günlərin dəyərini kiçiltməyə çalışırlar:

“Unutmaq olmaz ki, bizim 1918-ci il mayın 28-də müstəqilliyimizi elan etməyimiz nə qədər əhəmiyyətlidirsə, 1991-ci il oktyabrın 18-də müstəqilliyimizi bərpa etməyimiz də o qədər əhəmiyyətli məsələdir. Ona görə də, hesab edirəm ki, 18 Oktyabr da qeyri-iş günü olmalıdır.

Səhv etmirəmsə, Əli Hüseynli Milli Məclisdə bu barədə dedi ki, 18 oktyabrın qeyri-iş günü elan olunması üçün əmək qanunvericiliyinə də dəyişiklik edilməlidir. Bunu etmək lazım idi.

Müəyyən qisim siyasətçilər var ki, onların müstəqilliyin əldə edilməsində heç bir xidmətləri olmayıb. Vaxtilə müstəqilliyimizin əleyhinə çıxan, bu gün isə hakimiyyətin müxtəlif təbəqələrində təmsil olunan qüvvələr 28 May və 18 Oktyabr kimi tarxi günlərin dəyərini kiçiltməyə çalışırlar.

Yenə deyirəm, 18 Oktyabr da 28 May kimi qeyri-iş günü elan edilməli idi”.

A.Zeynalov

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv