!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

28 yaşlı qadın öz ölümü üçün bunu seçdi: “Sevgilimə dedim ki…”

!Reklam – Yazi

Depressiya, autizm və şəxsiyyət pozğunluğundan əziyyət çəkən Hollandiyadan olan 28 yaşlı Zoraya ter Beek evtanaziya ilə həyatına son qoyacağını açıqlayıb.

Yenicag.az xəbər verir ki, Almaniya sərhədinə yaxın kiçik bir qəsəbədə yaşayan Zoraya həyatı boyu psixoloji problemlərlə üzləşdiyini bildirib.
Həkimləri ona “Sənin üçün edə biləcəyimiz başqa bir şey yoxdur” dedikdən sonra o, evtanaziya qərarı verdiyini bildirib.

Dəfn istəmədiyini deyən 28 yaşlı qadın evtanaziyadan sonra yandırılacaq. Zoraya sevgilisinin külünü “meşədə seçdikləri gözəl bir yerə” səpəcəyini bildirib.

“Ölməkdən bir az qorxuram, çünki bu tamamilə naməlumdur. Öldükdən sonra nə olacağını bilmirik. Qorxunc tərəfi də budur”, – deyə o bildirib.

Hollandiyanın Kampen İlahiyyat Universitetinin sağlamlıq etikası üzrə eksperti Stef Groenevud deyib ki, “evtanaziyanı həkimlər və psixiatrlar tərəfindən irəli sürülən bir seçim olaraq görür, halbuki “keçmişdə bu, son çarə idi”.

Dünyada evtanaziya tətbiqini qəbul edən ilk ölkə olan Hollandiyada 2002-ci ildən bəri müəyyən şərtlərlə evtanaziyaya icazə verilir. 2022-ci ildə Hollandiyada 8 min 720 adam evtanaziya edilib. Bu, ölkədəki bütün ölümlərin təxminən 5 faizini təşkil edir. Fevral ayında 93 yaşlı keçmiş baş nazir Dris van Aqt və həyat yoldaşı evtanaziya ilə əl-ələ verib həyatlarını başa vurublar.

Yenicag.az

www.yenicag.az

124
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv