29 yaşlı balıqçı Xəzərdə itkin düşdü

Xəzərdə 29 yaşlı balıqçı itkin düşüb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 aprel 2018-ci il tarixində balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən dənizə çıxmış 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu geri qayıtmayıb.