Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi avqustun 17-də Bakıya gəlib.
"Operativ Qərargaha təklif edirəm ki, gecə saat 4-dən səhər saat 8-ə qədər insanların bulvarda sərbəst, yəni icazə almadan gəzintisinə şərait yaradılsın. Məsafə saxlanmaq şərtilə. Eyni zamanda, əhalinin D vitamini qəbul etmək üçün xüsusi nəzarət altında çimərliklərə getməsinə icazə verilsin".
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 27-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Sarıbaşda intensiv və güclü olub.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Hövsan sularda xilasetmə məntəqəsinin ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.