!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

290 bal ilə ödənişsiz İXTİSAS? - “Buna səbəb abituriyentlərin...” – TƏHSİL EKSPERTİ

!Reklam – Yazi

“Balların aşağı endirilməsinə səbəb olan amil abituriyentlərin imtahanda göstərdiyi nəticələrdir. Onların nəticəsinə uyğun olaraq bal müəyyən edilir”.

Bunu Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında abituryientlərin zəif nəticə toplamaları haqqında öz fikirlərini səsləndirən təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.


O, bildirib ki, qəbul qaydalarına fikir verdikdə blokdan minimum 150 bal toplayanlar ödənişli, 200 bal və yuxarı toplayanlar isə ödənişsiz əsaslarla təhsil ala bilir:

“Bu, Dövlət İmtahan Mərkəzinin qəbul qaydalarında öz əksini tapıb. Ancaq diqqət etdikdə universitetlərdə ödənişli və dövlət sifarişi ilə plan yerlərinin artdığına görə abituriyentlərin tələbə adını qazanmasının bir az daha asanlaşdığını görürük. Bu hal I və II qruplarda daha çox müşahidə olunur. Çünki kifayət qədər az bal toplayan abituriyentlərin bir çoxu universitetə, hətta dövlət sifarişli ixtisaslara belə qəbul ola bilir.
290 bal toplayanlar həm dövlət sifarişli, ödənişli əsaslı ixtisasa qəbul ola bilər. Ancaq 290 bal ilə qəbul olunan dövlət sifarişli ixtisasın gələcəkdə iş perspektivi olub-olmayacağını nəzərə almaq lazımdır. Lakin qəbulu 450 və daha çox bal olan dövlət sifarişli ixtisasların gələcəkdə əmək bazarında tələbat payının yüksək olduğunu müşahidə edirik.

Balların aşağı endirilməsinə səbəb olan amil abituriyentlərin imtahanda göstərdiyi nəticələrdir. Onların nəticəsinə uyğun olaraq bal müəyyən edilir. Pandemiya dövründən sonra şagirdlərin dərs oxuma qabiliyyətlərinin zəiflədiyi müşahidə olunur. Onlar çox səbrsiz, hövsələsiz olublar. Bu səbəbdən oxumağa çox vaxt ayıra bilmirlər. Nəticəni isə ballarda müşahidə edirik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv